Ərdoğan Putindən üzr istəməyib

Ərdoğan Putindən üzr istəməyib Türkiyə Prezidentinin mətbuat katibi məktubda yazılanlarla bağlı açıqlama verdi.

Türkiyə prezidentinin mətbuat katibi Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubun mətnini açıqlayıb.
Tehsil-press.az-ın məlumatına görə, Prezidentin mətbuat katibi İbrahim Kalın bildirib ki, məktubda bunlar yazılıb:

Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər.

Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün çağırış edib.




Tehsil-press.az

Oxşar xəbərlər