Bakı Slavyan Universitetində məzun günü qeyd olunub

Bakı Slavyan Universitetində məzun günü qeyd olunub İyunun 29-da Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Universitet əməkdaşları, valideynlər, magistr və tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov məzun adı qazanan magistr və tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri BSU-nun rektoru, professor Nurlana Əliyevanın adından təbrik edib, məzunlara gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfəsini verməyi arzulayıb.
Tədbirdə çıxış edən BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova və Tərbiyə işləri üzrə prorektor, dosent Aygül Hacıyeva məzunları təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar.
Sonra dörd il ərzində təhsildə yüksək nailiyyətlər və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edilib.
Tədbir maraqlı konsert proqramı ilə davam etdilib. Konsertdə tələbələrin bədii özfəaliyyət dərnəyinin hazırladığı rəqslər, mahnılar və musiqi nömrələri ifa olunub.

BSU-nun Mətbuat xidməti


Bakı Slavyan Universitetində məzun günü qeyd olunub

Bakı Slavyan Universitetində məzun günü qeyd olunub

Oxşar xəbərlər