Azərbaycan Texnologiya Universitetində (ATU) növbəti məzun günü keçirilib. Universitetin sayca 40-cı buraxılışında 416 bakalavr və 67 magistr təhsilini başa vuraraq məzun olub. Bu münasibətlə təşkil olunan tədbirdə ATU-nun rəhbərliyi, professor müəllim heyəti və tələbələr iştirak edib.
Məzunu gününü açıq elan edən ATU-nun rektoru professor Akif Süleymanov ali təhsilini başa vuran gənclərə gələcək həyatları və karyeralarında uğurlar arzu edib. Rektor bildirib ki, tələbələrin gələcəyin yaxşı mütəxəssisləri kimi yetişməsi üçün təhsil prosesi ərzində universitet tərəfindən bütün zəruri addımlar atılıb. Tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün müasir innovativ metodlara müraciət olunub, müxtəlif layihələr həyata keçirilib. Bütün bunlar isə gələcəyin mütəxəssislərinin daha yaxşı yetişməsinə və uğurlu karyera qurmasına zəmin yaradıb. Professor Akif Süleymanov bildirib ki, ATU-nun məzunları bu gün ölkə iqtisadiyyatı üçün ən zəruri hesab olunan ixtisaslara yiyələndiklərindən əmin olmalı, öz sahələrində faydalı, məhsuldar mütəxəssis olmaq üçün səylə çalışmalıdırlar. Rektor həmçinin qeyd edib ki, bütün bunlarla yanaşı hər bir məzun peşəkar kadr və layiqli vətəndaş olmaqla öz ali təhsil ocağını – Azərbaycan Texnologiya Universitetini yaxşı təmsil etmək haqqında da düşünməldir.
Digər çıxış edənlər də məzunlara universitet illərində əldə etdikləri biliklərdən iş həyatında kifayət qədər yararlanmağı, layiqli mütəxəssis kimi uğurlu karyera qurmağı arzu ediblər. Tələbələr və valideynlər isə universitetdə təhsil üçün yaradılan münbit şəraitə görə rəhbərliyə təşəkkür edib.
Sonra təhsil müddətində fərqlənən məzunlara rektorluq adından təşəkkürnamələr təqdim olunub. Sonda xüsusi mərasimlə Azərbaycan bayrağı məzunlar tərəfindən aşağı kurslara təqdim olunub. Tədbir mahnı və rəqslərlə davam edib.

ATU-nun Mətbuat Şöbəsi