Avro-2016: Portuqaliya yarımfinala vəsiqə qazandı

Avro-2016: Portuqaliya yarımfinala vəsiqə qazandı İyunun 30-da futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.

Marsel şəhərinin “Velodrom” stadionunda keçirilən matçda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar. Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin polyaklar bu üstünlüklərini qoruya bilməyiblər. Oyunun 33-cü dəqiqəsində Renato Sançes Portuqaliyanın bərabərlik qolunun müəllifi olub. Matçda bundan başqa qol olmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matç heç-heçə başa çatdığından əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 6:4 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinala vəsiqə qazanan ilk komanda olub. Qeyd edək ki, Portuqaliya milli komandasının Avro-2016-da keçirdiyi bütün oyunların əsas vaxtı heç-heçə başa çatıb.




Tehsil-press.az

Oxşar xəbərlər