Ronaldo almanları "dəfn etdi"

Ronaldo almanları Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu.

Futbol üzrə Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib. Tehsil-press.az-n məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Ronaldonun het-triki "Real"a qələbə qazandırdı. Qarşılaşmalar İngiltərə və İspaniyada baş tutub. "Mançester Siti" Fransanın PSJ klubunu, “Real Madrid" isə “Volfsburq”u qonaq edərək qələbəyə sevinib. İngiltərədə rəqibinə 1:0 hesabı ilə qalib gələn Mançester təmsilçisi yarımfinala yüksəlib.
Madrid "Real"ı isə doğma meydanda "Volfsburq"u qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "kral klubu" həmin məğlubiyyətin əvəzini çıxıb. Kriştianu Ronaldonun het-triki "Real"a qələbə qazandırıb - 3:0. Bununla madridlilər növbəti mərhələyə addımlayıb.
"Mançester Siti"nin qələbə sevinci, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu bu gün keçiriləcək. Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0
Qol: De Bruyne, 76
İlk oyun - 2:2
"Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar: Ronaldo, 16 (1:0), 17 (2:0), 77
İlk oyun - 0:2
13 aprel
22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 1:2
22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya)
İlk oyun - 0:1

tehsil-press.az

Oxşar xəbərlər