Bakıda 22 yaşlı qız mağazada öldürüldü

Bakıda 22 yaşlı qız mağazada öldürüldü Qətli törətməkdə şübhəli bilinən 55 yaşlı Vidadi Qarayev tutulub.
Bakıda qətl hadisəsi baş verib. Bakı Şəhər Prokurorluğundan tehsil-press.az-a verilən məlumata görə, hadisə Nəsimi rayonu ərazisindəki mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev aralarında yaranan münaqişə zəminində tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlını bıçaqlayaraq qətlə yetirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 55 yaşlı Vidadi Qarayev tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər