Türkiyənin BMT-də yeni daimi nümayəndəsi təyin olundu
Türkiyənin Birləşmiş Millətlər Təşkilatında (BMT) yeni daimi nümayəndəsi təyin olunub. Tehsil-press.az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir. Agentliyin məlumatına görə, bu posta Türkiyə XİN-in keçmiş müşaviri Ferudin Sinirlioğlu avqustun 15-də təyin olunub. Diplomat 2002-2007-ci illərdə Türkiyənin İsraildə səfiri olub. 2009-cu ildə isə Türkiyə XİN-də müşavir təyin edilib.Tehsil-press.az
- Baxış: 6315
Xəbərin tarixi: 16.08.2016 / 12:17
-
Oxşar xəbərlər