Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"

Anadolu Universiteti məzunu Fuad Nazilzadə: Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"

- İlk əvvəl Fuad Nazilzadə kimdir?
- Mən, Fuad Nazilzadə hal-hazırda 24 yaşındayam, Bakı şəhərində anadan olmuşam. Türkiyənin Anadolu Universitetini Azərbaycan Proqramlarından distant şəkildə təhsil alaraq, Menecment (İşletme) fakultəsini müvəffəqiyyətlə bitirərək, bu il mən də Anadolu məzunu oldum.

- Anadolu Universiteti Azərbaycan Proqramlarını və Menecment fakultəsini seçmə səbəbiniz nələr oldu?
- Universitetin adının Anadolu olması və logosunda olan motivasiya edici bir çağırış diqqətimi çox cəlb etmişdi. Bu istiqamətdə müəyyən araşdırma etdikdən sonra, necə böyük bir universitet olduğunu anladım. Menecment bölümünü seçmə səbəbim isə, bu bölümdən məzun olanların əmək bazarında bir çox istiqamətdə iş tapmaq imkanlarının yüksək olması idi.

- Distant Təhsil Sistemi ilə ali təhsil almaq sizə nə kimi faydalar verdi?
- Bir az əvvəl bəhs etdiyim kimi, universitet haqqında araşdırma edərkən həmçinin distant təhsilin də bir çox üstünlükləri ilə tanış olmuşdum və hər zaman üstünlüklərdən yararlanmağa çalışmışam. Mənim üçün ən əsas üstünlük təhsilimin işləməyimə heç bir maneə yaratmaması oldu. Dörd il müddətində mütamadi olaraq dərslərdə iştirak etmək məcburiyyətində qalmadan, rahatlıqla iş stajı əldə etmişəm. Bəlkə də, bu fikirimlə razı olmayanlar olacaq, amma mənə görə 4 il dərsə gedib-gəlmək sadəcə zaman itkisidir. Əgər, təhsil alaraq , paralel şəkildə də iş stajı əldə etmək imkanı verilirsə nəyə görə də bundan faydalanmayaq axı?

- Çox gözəl.. Sizin kimi Anadolu Universitetinin xarici proqramlarından ali təhsil alan tələbələri üçün nələr əlavə etmək istərdiniz?
- Anadolu məzunu olmaq çətin olmaqla yanaşı çox qürurverici bir hissdir. Abituriyent olduğum vaxtlarda, oxuyan tələbələrdən maraqlandığımda dərslər çox çətindir deyərək, məndə biraz qorxu yaranmışdı, amma "oxusan keçəcəksən" bildirdilər. Andolu Universitetinə daxil olduqdan sonra, dərk etdim ki, məndə lazımsız qorxu yaradanlar oxuya bilməyən, hər hansı bir yolla qiymət almağı düşünən ( amma rüşvətin olmadığı bir təhsil sistemində olduqlarının fərqində olmayan ) tələbələr imiş. Bununla da, tələbələrə bildirmək istərdim ki, öz hədəflərinə çatmaq üçün qətiyyətli olsunlar, ətrafda danışılanlara fikir verməsinlər. Universitetimiz Azərbaycandan distant ali təhsil alan tələbələri üçün, diplomatik kargo vasitəsi ilə, kağız formatında kitabları təmannasız olaraq göndərir, bundan əlavə olaraq da, tələbənin yüksək nəticələr əldə etməsi üçün digər öyrənmə xidmətlərinin mövcud olduğunu da qeyd etmək istərdim ki, video dərslər, əvvəlki illərin testləri , kitapların PDF formatı, səsli kitab, dərslərin qısa məzmunu (özet) və.s bütün bu öyrənmə vasitələri bizlərin proqramı asanlıqla mənimsəməmizdə yüksək rolu olmuşdur. Hal- hazırda oxuyan tələbə dostlarıma da, bu geniş imkanlardan istifadə edərək asanlıqla dərs proqramını uğurla tamamlamalarını tövsiyyə edirəm.

- Artıq Anadolu Universiteti məzunu olaraq, hal-hazırda Anadolu Universiteti Azərbaycan Proqramlarını seçmək istəyən abituriyentlərə nə kimi tövsiyyələriniz ola bilər?
- Anadolu Universiteti dünyanın ən böyük və prestijli universitetləri siyahısında yer alan universitetlərdən biridir . Bir məzun olaraq əminliklə deyə bilirəm ki, təhsili yüksək səviyyədədir, əsl mütəxəssis kimi yetişmək istəyən, gələcəyini uğurlu qurmaq istəyən, universitet seçimi etməkdə qərarsız olan dostlarımıza, Anadolu Universiteti Azərbaycan Proqramlarını inamla seçmələrini tövsiyyə edirəm. Yüksək təhsil verən universiteti seçməklə həyat hesablarında 1-0 irəlidə olmuş olacaqlar. Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq.

- Universitet həyatınızda yaşadığınız və ya unuda bilmədiyiniz bir xatirənizi bizimlə paylaşa bilirəsiniz?
- Əslində çox xatirə olub, amma Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru, hörmətli Azər Hətəmov'u şəxsən tanımaq mənim üçün unuda bilmədiyim anlardandır.

- Biraz da sosial fəaliyyətlərinizdən söhbət edəkmi? Hobbiləriniz nələrdir ya da boş zamanınızı necə dəyərləndirirsiniz? Bu mövzuda tələbələrə tövsiyyələriniz nələrdir?
- Əsas hobbim şəkil çəkməkdir. Bir zamanlar xəyalım rəssam və ya heykəltəraş olmaq idi. Bəlkə də, gələcəkdə bu xəyalım real olacaq. Boş vaxtlarımda informasiya bolluğundan istifadə edərək, internetdən hər mövzuda məlumat toplamağa önəm verirəm, araşdırma edərək hər sahədən məlumatlı olmağa çalışıram. Tələbə dostlarıma da məsləhətim, sadəcə seçdikləri sahə üzrə deyil, hər sahə üzrə özlərini fərdi şəkildə inkişaf etdirsinlər, belə olduğu halda cəmiyyətimiz üçün daha keyfiyyətli bir şəxs kimi yetişəcəklər.

- Anadolu Universitetini üç sözlə izah edin desək; bu sözlər nələr olardı?
- "YAŞAM BOYU EĞİTİM" və ya YÜKSƏK KEYFİYYƏTLİ TƏHSİL.

Müsahibəni hazırladı: GÜLƏR QASIMLI


Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"Anadolu Universiteti məzunu Fuad Nazilzadə: "Təhsil alacağımız universiteti düzgün seçməklə, uğurlu gələcəyimizi təmin etmiş oluruq"

Oxşar xəbərlər