Səfir: Azərbaycan Fətullah Gülən təhlükəsini ciddi qəbul edir

Səfir: Azərbaycan Fətullah Gülən təhlükəsini ciddi qəbul edir Azərbaycan Fətullah Gülən təhlükəsini ciddi qəbul edir və fərqli sahələrdə bununla bağlı ciddi tədbirlər görür.

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun jurnalistlərə deyib. Bu barədə Tehsil-press.az Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.
Səfir qeyd edib ki, Azərbaycanda Türkiyədə baş verən hadisələri fərqli məcrada yozma meyilləri yoxdur: "Azərbaycanda Türkiyədə baş verən hadisələrə maraq daha böyük idi. Bu da Türkiyəyə qəlbdən bağlı olan Azərbaycanın baş verən hadisələri doğru başa düşmək səmimiyyətindən irəli gəlir".
Onun sözlərinə görə, Azərbaycan Türkiyədə yaşanan hərbi çevriliş təhlükəsi qarşısında qardaş ölkəyə ciddi həmrəylik nümayiş etdirdi.


Tehsil-press.az

Oxşar xəbərlər