Türkiyə ABŞ-dan “Cəhənnəm atəşi”ni istədi - FOTO

Türkiyə ABŞ-dan “Cəhənnəm atəşi”ni istədi - FOTO İŞİD terror təşkilatının Türkiyənin Kilis vilayətini atəşə tutması nəticəsində 17 vətəndaşını itirməsi Ankaranı hərəkətə keçirib.

Tehsil-press.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara ABŞ-ın İncirlik hərbi hava bazasında yerləşdirdiyi “Hellfire” raketlərindən daha aktiv istifadə edilməsini istəyəcək.
Hazırda İncirlikdə ABŞ-ın 4 ədəd “Predator” və 12 ədəd A-10 bombardmançı təyyarəsi var. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Xarici İşlər Nazirliyindən Kilis mövzusunda həssaslığın artırılmasını istəyib. ABŞ-ın silahlı pilotsuz uçuş aparatları ilə İŞİD-in hədəflərini vurduğu, amma bunun kifayət etmədiyi bildirilir.
Qeyd edək ki, 1995-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan "Predator"ların düşmən tərəfindən müəyyən edilməsi və vurulması ehtimalı çox azdır. Pilotsuz təyyarələr "Hellfire" (“cəhənnəm atəşi”) adlandırılan 500 kiloluq bombalarla yerdəki hədəflərə zərbə endirir. "Predator" 740 kilometr yüksəyə qalxa və 30 saata qədər havada qala bilir. Bu təyyarələrdən Pakistan və Yəməndəki “Əl-Qaidə” hədəflərini vurmaq üçün geniş istifadə edilib.

Türkiyə ABŞ-dan “Cəhənnəm atəşi”ni istədi - FOTO


tehsil-press.az

Oxşar xəbərlər