Xəzərdə Rusiya gəmisi yanır

Xəzərdə Rusiya gəmisi yanır Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.

Tehsil-press.az bildirir ki, bu barədə RİA "Novosti" agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib. Hadisə nəticəsində bir nəfər vəfat edib.
Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

tehsil-press.az

Oxşar xəbərlər