
Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulmuş meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 nəfər müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və avqustun 25-dən təlimlərə qoşulublar.
“Təlimçi hazırlığı” poqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.




Tehsil-press.az