Müsabiqənin II mərhələsi başa çatıb

Müsabiqənin II mərhələsi başa çatıb Aprelin 30-da “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilən müsabiqənin II mərhələsində namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndirilib. Bu mərhələdə iştirak etmək hüququ qazanmış 550 nəfər 1 saat ərzində 30 sualı cavablandırıb.
Sonuncu–müsahibə mərhələsindən uğurla keçən namizədlər müəyyən edilmiş aylıq əməkhaqqını almaqla, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda 1 il ərzində təcrübə keçmək, eləcə də təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu baxımdan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə elan edilmiş müsabiqə də xüsusi maraqla qarşılanıb.


Tehsil-press.az

Oxşar xəbərlər