
“Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçiriləcək.
Sonra 3 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil ediləcək.
Tədbirdə Abşeron rayonunun ümumi təhsil məktəblərinin direktorları, hərbi rəhbərlər, Abşeron Rayon İcra Hakimiyyətinin, Sumqayıt şəhərinin ümumi təhsil məktəblərinin və digər qurumların nümayəndələri iştirak edəcəklər.
tehsil-press.az