
Tehsil-press.az ADIF-in saytına istinadən verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 71 miyon 794 min manatdan artıq kompensasiya ödənilib. Avqustun 26-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 4 milyon 894 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 932 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 5 milyon 826 min manatdan artıq kompensasiya ödənilib.
Avqustun 26-da “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 534 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 481 min manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 222 milyon 101 min manatdan artıq kompensasiya ödənilib.
Tehsil-press.az