
Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Tehsil-press.az-a bildirib ki, qanunvericilikdə bununla bağlı problem yoxdur:
“Birincisi, sərnişin avtobusunun mütləq icbari sığortası olmalıdır. Yol nəqliyyat hadisəsi də icbari sığorta hadisəsi sayılır. Yol nəqliyyat hadisəsində kim təqsirkar olsa, həmin icbari sığorta etmiş hüquqi şəxs zərər çəkmiş sərnişinlərə kompensasiya ödəməlidir. Ancaq sığorta ödənişi məhduddur. Qanunvericiliyə əsasən maddi ziyana görə kompensasiya 5 min manatdır, sağlamlığa dəyən ziyan isə 1 adam üçün 5 min manatdan artıq olmamaq şərti ilə toplam 50 min manatdan artıq ola bilməz. Əgər sağlamlığa dəyən ziyan 50 mindən çox olsa, sığorta şirkəti həmin məbləğdən çox pul verməyəcək. Mülki Məcəlləyə əsasən, yerdə qalan məbləği ziyanı kim vurubsa, o ödəməlidir”.
Tehsil-press.az