
Bunu Tehsil-press.az-a Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib. V.Ələsgərov bildirib ki, Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik bəzi dairələri həmişə narahat edir: “Ona görə də ölkəmizdə böyük tədbirlər keçiriləndə demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər”.
Vitse-spiker qeyd edib ki, referendum Azərbaycanın daxili işidir: “Bu, Azərbaycan xalqının işidir. Xalq bilər, millət bilər, seçki qutusu var və hər kəs gedib öz fikrini bildirəcək. Qıraqdan kim nə deyirsə, gedib özlərinə ağıl öyrətsinlər. Bu bizim işimizdir, daxilimizdə olan bir işdir, buna Azərbaycan xalqı qərar verir”.
Tehsil-press.az