Azay Quliyev: "Azərbaycana olan yüksək beynəlxalq etimad bir daha nümayiş etdirildi"

Azay Quliyev: ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilməyimi ilk növbədə dövlətimizin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğuru hesab edirəm. Bunu Tehsil-press.az-a açıqlamasında ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan nümayəndəsinin dünyanın ən böyük təhlükəsizlik və əməkdaşlıq təşkilatı olan və 3 qitəni birləşdirən bir qurumun rəhbərliyinə böyük səslə seçilməsi olkəmizə olan yüksək beynəlxalq etimadı və inamı bir daha nümayiş etdirdi: "Şübhəsiz ki, bu həm də Azərbaycan Parlamentinin və diplomatiyasının qələbəsidir.
Fürsətdən istifadə edib mənə inanaraq və etimad göstərərək səs verən bütün həmkarlarıma dərindən təşəkkür edirəm. Seçki kampaniyası zamanı mənə hərtərəfli dəstək verən Milli Məclisin sədri cənab Oqtay Əsədova, xarici işlər naziri cənab Elmar Məmmədyarova, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar xanım Muradovaya dərin minnətdarlığımı bildirirəm.
Hər kəsi əmin etmək istəyirəm ki, mənə göstərilən etimadı doğrultmaq məqsədilə əlimdən gələn hər şeyi edəcəm və bu seçimin həm ATƏT PA-ya, həm də Azərbaycana faydalı olması üçün var gücümlə çalışacağam".


Tehsil-press.az

Oxşar xəbərlər