İstanbulda Ərdoğanla Putinin görüşü keçirilib

İstanbulda Ərdoğanla Putinin görüşü keçirilib İstanbulda Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib. 

Tehsil-press.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindən sonra Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündə bir araya gəliblər. 
Məlumata görə, tərəflər arasında əvvəlcə geniş tərkibdə görüş olub. Daha sonra liderlər arasında təkbətək görüş gerçəkləşib. Qapalı keçirilmiş görüş 1 saat 40 dəqiqə çəkib. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar da iştirak edib. 

Tehsil-press.az

Oxşar xəbərlər