ABŞ-ın Montana ştatında 18 oktyabr “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib 

ABŞ-ın Montana ştatında 18 oktyabr “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib  ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan edib.

Bu barədə Tehsil-press.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, qubernator bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbriknaməsində bildirib. S.Bullok Azərbaycanın müstəqilliyinin və azadlığının bərpası və qorunub-saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb. Qubernator son 25 ildə Azərbaycanın müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib. S.Bullok 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.
ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib. Qubernator B.Sandoval Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnaməsi göndərərək, Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər