Milli Qurtuluş Günü Pekində qeyd edilib

Milli Qurtuluş Günü Pekində qeyd edilib Azәrbaycan Respublikasının Çin Xalq Respublikasındakı sәfirliyindә 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tәdbir iştirakçıları əvvәlcә xalqımızın dahi oğlunun, görkəmli dövlәt xadiminin səfirlikdəki büsüt önünə əklil qoyublar. Səfir Lətif Qəndilov Ulu Öndərin siyasi fəaliyyətindən, müasir Azərbaycanın qurulması yolundakı misilsiz xidmətlərindən danışıb.
Ulu Öndərin xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən şərəfli həyat yolu barədə ətraflı məlumat verən səfir bildirib ki, XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan böyük çətinliklərlə qarşılaşmışdı. Belə bir vəziyyətdə xalqının köməyinə gələn Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, ölkəmizdə sabitliyin bərqərar olunmasını təmin edə bildi.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dinamik inkişafa nail olduğu, həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri ilə regionun aparıcı ölkəsinə çevrildiyi diqqətə çatdırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər