15 sentyabr - Bilik günü

15 sentyabr - Bilik günü 15 sentyabr - “Bilik günü” təhsilə bağlı bütün insanların böyük bayramıdır. Təhsilə isə bütün xalq, bütün millət bağlıdır. Deməli, “Bilik günü” bütün xalqın, bütün millətin bayramıdır. Bilik millətin, xalqın başucalığı, güvənc yeridir. Dünyanın getdikcə daha çox biliyə, elmə, təhsilə güvəndiyi indiki çağda Azərbaycanın təhsil sistemi özünün sürətli inkişaf prosesini yaşayır. Bu inkişaf prosesinə təkan verən hər kəsi, deməli, təhsil sistemində çalışan bütün insanları bu böyük məzmunlu bayram münasibətilə təbrik edirəm.

Cahangir Məmmədli

Oxşar xəbərlər