Ukraynada ermənilərlə gürcülər arasında silahlı insident

Ukraynada ermənilərlə gürcülər arasında silahlı insident Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib.

Məlumata görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib. İnsident nəticəsində iki nəfər ölüb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir. Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.

Tehsil-press.az

Oxşar xəbərlər