Ağ Ev qarşısında baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
TASS agentliyinin verdiyi məlumata görə, prezident iqamətgahına yaxınlaşan silahlı şəxsi Ağ Evin mühafizəçiləri güllələyib. Məlumata əsasən, adı açıqlanmayan şəxs buraxılış postuna yaxınlaşaraq silah çıxarıb. Buna cavab olaraq mühafizə xidmətinin əməkdaşı atəş açaraq onu qarnından yaralayıb.
Ağ Evin qarşısında atışma baş verib. Bu barədə “Washington Post” xəbər verib. Tehsil-press.az mənbəyə istinadən bildirir ki, hadisə nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu, atəş açan şəxsin isə saxlanıldığı bildirilir. İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Qeyd olunur ki, hazırda prezident Barak Obamanı “Endryus” hərbi bazasındadır.
Tehsil-press.az