Dağıstanda atışma: 3 silahlı öldürüldü

Dağıstanda atışma: 3 silahlı öldürüldü Dağıstanın Qızılyurd rayonunda polis əməkdaşlarına avtomobildə hərəkətdə olarkən atəş açan üç naməlum şəxs məhv edilib.

Tehsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin məlumatında bildirilir. “Saat 21 radələrində “Qafqaz” federal avtomobil yolunun Qızılyurd rayonu Stalsk kəndi ərazisindən keçən hissəsində əməliyyat-axtarış tədbirləri keçirilən zaman “VAZ 2114” markalı avtomobildə olan naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə üç cinayətkar öldürülüb”, - deyə məlumatda bildirilir. İnsident zamanı polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.


Tehsil-press.az

Oxşar xəbərlər