BDU-da tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib

BDU-da tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib Bakı Dövlət Universitetində «İrs və innovasiyalar - Lev Vıqotskinin mədəni-tarixi ənənələrinin davamı» adlı dəyirmi masa öz işinə başlayıb.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Rossotrudniçestvo, Moskva Dövlət Pedaqoji Universiteti, Rusiyanın İnformasiya-Mədəni Mərkəzi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan dəyirmi masanı giriş sözü ilə BDU-nun Tədrisin təşkili və təlim-texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açıb. Tədbirin psixologiya və pedaqogikaya böyük töhfələr vermiş, dünya miqyasında tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edildiyini bildirən professor İ.Əliyeva dəyirmi masanın işinə uğurlar arzulayıb.
Dəyirmi masanın moderatoru, Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yelena Levanova qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd dünya elmi təcrübəsinin və Lev Vıqotskinin metodologiyasının ümumləşdirilməsi, onun nəzəriyyəsinin dünya psixologiyasında tətbiqidir.
Dəyirmi masada BDU-nun kafedra müdiri, professor Bəxtiyar Əliyev, Rusiya Təhsil Akademiyasının akademiki Valeriya Muxina, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.

BDU-nun Mətbuat Xidməti


BDU-da tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilibBDU-da tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilibBDU-da tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib

Oxşar xəbərlər