
Tehsil-press.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Beynəlxalq Meteorologiya Mərkəzi “narıncı təhlükə” səviyyəsinin ölkənin şimalındakı Pekin və Tiencin şəhərlərində, həmçinin Hıbey, Hınan, Şanşi, Şaanşi, Cilin, Heylongciang, Liaoning əyalətlərində elan edildiyini bildirib.
Hava çirklənməsi səbəbindən Pekin Beynəlxalq Aeroportunda bəzi aviareyslər ləğv edilib.
Qeyd edək ki, Çində hava çirkliliyi təhlükəsi sistemi mavi, sarı, narıncı və qırmızı olmaqla, dörd səviyyəyə bölünür.
Tehsil-press.az