Azərbaycan Dillər Universitetinin tələbəsi Çində beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycan Dillər Universitetinin tələbəsi Çində beynəlxalq müsabiqənin qalibi oldu Azərbaycan Dillər Universitetinin (ADU) Reqionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uhan Universitetində təhsilini davam etdirir. O, 32-ci Beynəlxalq Çin dilində inşa yarışmasında 3-cü yeri qazanıb. Hubei əlayətində keçirilən ənənəvi müsabiqədə mindən çox xarici tələbələr arasında Ayan Kərimova “Mənim ən sevdiyim Çinin atalar sözü” mövzusunda inşası diploma layiq görülüb.
Konfutsi İnstitutunun direktoru, ADU-nun professoru Rafiq Abbasov ADU-da Çin dilinin tədrisinin yüksək səviyyədə olması əsasən ixtisaslaşdırılmış kursların təşkili, Çin dilini təşviq etmək üçün tədbirlərin həyata keçirilməsi, ADU-nun müəllimlərinin Çinə göndərilməsinin nəticəsi olduğunu bildirdi.
Onu da qeyd edək ki, Azərbaycan tarixində tələbələr üçün ilk Çin dili dərsliyi ADU-da nəşr olunub.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetinin tələbəsi Çində beynəlxalq müsabiqənin qalibi oldu

Oxşar xəbərlər