İraqda İŞİD rəhbərlərindən biri öldürülüb

İraqda İŞİD rəhbərlərindən biri öldürülüb İraq hökumət qüvvələri Mosulun cənubunda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini zərərsizləşdirib. Bu barədə Tehsil-press.az Əl-Ərəbiyyə telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, Əlcəzair əsilli səhra komandiri Əbu Həmzə hökumət qüvvələrinin tam nəzarətinə keçmiş Hamam-əl-Əlil bölgəsində öldürülüb.
Xatırladaq ki, İraq ordusu beynəlxalq koalisiyanın və yerli silahlı qrupların dəstəyi ilə Mosulun İŞİD-dən azad olunması ilə bağlı oktyabrın ortalarında genişmiqyaslı əməliyyatlara başlayıb.
İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarətində idi.

Tehsil-press.az

Oxşar xəbərlər