Mosulda İŞİD komandirlərini partlatdılar

Mosulda İŞİD komandirlərini partlatdılar İraqın hazırda döyüşlər gedən Mosul şəhərində İŞİD terrorçu qruplaşmasının yüksək rütbəli komandirlərinin toplantısı zamanı güclü partlayış baş verib.

Tehsil-press.az xəbər verir ki, bu haqda informasiya agentlikləri “Al Sumaria” telekanalına istinadən bildirirlər. Mənbənin bildirdiyinə görə, partlayış bu gün səhər İŞİD komandirlərinin Mosulun Əs-Sərcxan rayonunda, şəhərin mərkəzində keçirilən məxfi toplantısı zamanı baş verib. Yerli sakinlərdən alınan və hələlik təsdiqlənməyən məlumatlara görə bir neçə İŞİD komandiri ölüb. Onların arasında birbaşa İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə tabe olan elit batalyonların komandirləri də var.
Məlumata görə patlayış Mosuldakı İŞİD terrorçuları arasında panika yaradıb. Ancaq partlayışın pilotsuz təyyarənin zərbəsi, yaxud başqa səbəblərdən baş verdiyi hələ məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər