Almaniya səfiri BANM-də

Almaniya səfiri BANM-də Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşdü. Rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirdi. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər və islahatlardan danışdı. Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs etdi. O, BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq və yerli şirkətlərlə, o cümlədən beynəlxalq qurumlar ilə geniş əlaqələrinin inkişafından söz açdı.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkür etdi. Səfir BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini bildirdi. O, Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açdı.
Görüşdə, o cümlədən universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim etdi. Səfir Ali Məktəbin “Fəxri qonaq” kitabına ürək sözlərini yazdı.
Səfir BANM-in tədris auditoriyalarını gəzərək tələbə-müəllim heyəti ilə də görüşdü.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər