Cənab səfirlə ilk görüşümüzdə iki ölkə universitetləri arasında əməkdaşlığın əhəmiyyətindən danışmışdıq. İlk görüşümüzdən az müddət keçməsinə baxmayaraq indoneziyadan cənab səfirin təhsil üzrə nümayəndə heyəti ilə universitetimizə təşrif buyurması təqdirəlayiqdir. Ümumiyyətlə səfir az müddətdə xalqlarımız arasında əlaqələrin inkişafı üçün xeyli iş görüb. Beynəlxalq tolerantlıq günü ilə əlaqəli keçirilən tədbirdə onun çıxışı və pianoda ifası tədbir iştirakçıları tərəfindən alqışlandı.
Rektor Azərbaycanda təhsilə olan dövlət qayğısından ölkəmizdə xüsusən mühəndislik sahəsində ehtiyac olan ixtisaslar üzrə mütəxəsis hazırlığına dövlət tərəfindən verilən önəmdən danışıb.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dr. H. Husnan Bey Fananie Qafqaz Universitetində səmimi qarşılanmaya görə rektora təşəkkürünü bildirdi. Qafqaz Universiteti də beynəlxalq reytinqi olan üniversitetdir. Nümayəndə heyətinin gəlişində məqsəd həm təhsil həmdə universitetinizdə fəaliyyət göstərən Multikulturalizm Elm-Tədris Mərkəzi ilə əməkdaşlıq etməkdir.
İndoneziya hökümətini təmsil edən Məhəmməd Zain təhsil sahəsində həyata keçirdikləri layihələr və mübadilə proqramları haqda məlumat verib. O bildirib ki, ölkələri yerli tələbələrin xaricdə, xarici tələbələrində indoneziyada olan 5000 universitetdə təhsil almalrı üçün təqaüdlər də ayırır. O qeyd edib ki, bu görüşdən sonra ölkələrimiz arasında tələbə mübadiləsi artacaq.
Sumatra Dövlət Universitetinin rektoru professor Saidurrahman ölkəsinin təhsil sistemi və rəhbərlik etdiyi universitet haqda ətraflı məlumat verib. Rektor bildirib ki , Sumatra Dövlət Universitetinin 45 illik tarixi var. Universitetdə hal-hazırda 8 ixtisas üzrə 16 000 tələbə təhsil alır. Qafqaz Universitetində olan ixtisaslar bizim universitetə tam uyğun gəlir. Bu da imkan verir ki , biz akademik və tələbə mübadiləsi aparaq.
Çıxışlardan sonra hər iki rektor əməkdaşlıq müqaviləsini imzalayıb. Müqaviləyə əsasən universitetlər arasında birgə layihələr, konfranslar, müəllim və tələbə mübadiləsi həyata keçirmək nəzərdə tutulub.Universitetdə təhsil alan iki indoneziyalı tələbəyə Qafqaz Universitetinin rektoru Havar Məmmədov təhsildə fərqləndiklərinə görə təşəkkürnamə verib. Universitetin maddi – texniki bazası və Multikulturaliz mərkəzi ilə tanış olan nümayəndə heyəti məmnunluqlarını ifadə ediblər.




