Azərbaycan Texniki Universiteti və Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti və Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya Federasiyası Stavropol şəhərində yerləşən Şimali-Qafqaz Federal Universitetinin rektoru Alina Afakoevna və prorektoru Andrey Aleksadroviç Azərbaycan Texniki Universiteti rəhbərliyinin dəvəti ilə noyabrın 2-də Universitetdə olublar.
Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov Universitet haqqında ətraflı məlumat verib və Universitetdə yaradılan müasir şəraitlə qonaqları tanış edib.
Daha sonra Şimali-Qafqaz Federal Universitetinin rektoru Alina Afakoevna rəhbərlik etdiyi Universitetlə bağlı məlumat verərək qeyd edib ki, bu Universitet Rusiya Prezidentinin qərarı ilə Stavropol Regional-Şimali Qafqaz Dövlət Texniki Universiteti və Pyatigorsk Texniki Universitetinin birləşməsi nəticəsində Federal Universitet kimi yaradılıb. Universitet çoxsaylı elmi və innovativ layihələrdə, regionda mədəniyyətlərarası danışıqlarda, təhsil, mədəniyyət, elm sahələrində davamlı rol oynayır. Qeyd olunub ki, bu ali məktəbdə 10 istiqamət üzrə kadrlar hazırlanır. Hazırda Şimali-Qafqaz Federal Universitetində Azərbaycandan 85 tələbə təhsil alır.
Toplantıda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə əməkdaşlığın əsas istiqamətlərinin müzakirəsi aparılıb və gələcəkdə görüləcək işlərin razılığı əldə edilib.
Daha sonra hər iki universitet nümayəndələrinin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə təcrübə mübadiləsi, elmi-metodiki konfranslar, müştərək layihələr, texnika, təhsil sahələrində elmi-tədqiqat işlərinin təşkili, müəllim-tələbə, magistr və doktorantların mübadiləsi nəzərdə tutulub.
Qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olaraq Xatirə Kitabına ürək sözlərini yazıblar.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universiteti və Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbAzərbaycan Texniki Universiteti və Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbAzərbaycan Texniki Universiteti və Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Texniki Universiteti və Şimali-Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Oxşar xəbərlər