Ərdoğan: Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşıdır

Ərdoğan: Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşıdır Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına qarşıdır.

Trend-in "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir.
Türkiyə Prezidenti deyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır: “Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Oxşar xəbərlər