Bakı Ali Neft Məktəbində (BANM) İndoneziyanın dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə bu ali təhsil ocağının prorektoru Ramiz Hümbətov qonaqlara ali məktəbin yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış BANM dövlətimizin başçısının “neft kapitalını insan kapitalına çevirmək” çağırışını qısa müddətdə reallaşdırıb.
İndoneziyalı qonaqlar Bakıda keçirilən İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olduqlarını bildiriblər. Qeyd edilib ki, İndoneziya elm və təhsil sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. BANM ilə tanışlıqdan məmnunluqlarını söyləyən qonaqlar bu cür görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini qeyd ediblər.
Söhbət zamanı universitetlərarası əməkdaşlığın perspektivləri, həmçinin təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

BANM-nin Mətbuat Xidməti