Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT qiymətləndirildi

Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT qiymətləndirildi Azərbaycanda bu qış-payız mövsümündə Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyasına daxil olan nümunələrdə qrip növləri aşkarlanmayıb.

Bunu Tehsil-press.az-a Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib.
R.Abdullayev bildirib ki, ölkədə yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb.
Direktorun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması tapşırılıb.
O, hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə, eləcə də qriplə bağlı vəziyyətin tam stabil olduğunu da söyləyib: “Bizə bütün respublikadan müayinə üçün nümunələr göndərilir. Bu günə olan məlumata görə, Azərbaycanda qripin heç bir növü aşkarlanmayıb və ölkədə hər hansı növ qripi mövcud deyil. Vəziyyət sabitdir”.
R.Abdullayev bildirib ki, təhlükəli virusa yoluxmuş xəstələrin aşkarlanması üçün sərhədlərdə hərarətli, şübhəli xəstələr yoxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər