
Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı S.Lavrovla keçirdiyi birgə brifinqdə deyib. Onun sözlərinə görə, S.Lavrovun verdiyi informasiya nikbinlik yaradır. Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mərhələli irəliləmək lazımdır. E.Məmmədyarov əlavə edib ki, münaqişənin hərbi yolla həlli bütün region üçün böyük təhlükə törədir.
Tehsil-press.az