Ərdoğan Putinə başsağlığı verib

Ərdoğan Putinə başsağlığı verib Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Tehsil-press.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Tu-154 tipli Rusiya təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Xəbərdə deyilir ki, prezidentlər həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşən Rusiya mudafiə nazirliyinə məxsus Tu-154 tipli təyyarə qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 92 nəfər olub.

Tehsil-press.az

Oxşar xəbərlər