Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov dekabrın 26-da Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili ilə görüşüb.

Baş konsulluqdan tehsil-press.az-a bildiriblər ki, diplomat xanım İ.Şamilişvilini nazir təyin olunması münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. İkitərəfli münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.
Baş konsul Prezident İlham Əliyevin Azərbaycanda elmin və təhsilin inkişafına böyük önəm verdiyini bildirib, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini qeyd edib.
Rəşad İsmayılov cari ilin aprelində Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalandığını xatırladıb, bu mübadilələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir İnqa Şamilişvili Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib. O, ölkələrimiz arasında təhsil sahəsində münasibətlərin genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər