Təhsil naziri Kanadanın Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Təhsil naziri Kanadanın Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfirini qəbul edib Oktyabrın 28-də təhsil naziri Mikayıl Cabbarov Kanadanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Kuteri qəbul edib.
Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər