
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Rusiyalı nazir ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Konfrans çərçivəsində rektor Abel Məhərrəmov V.Q.Şuxov adına Belqorod Dövlət Texnologiya Universitetinin rektoru, professor Sergey Qlaqolev ilə görüşüb. Görüşün nəticəsi olaraq universitetlər arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.
Mətbuat və informasiya şöbəsi
