
Tehsil-press.az "Azərişıq" ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilə yaranıb.
“Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.
Yaranmış narahatlığa görə “Azərişıq”ASC abonentlərindən üzr istəyir.
Tehsil-press.az