Güclü külək Bərdədə elektrik dirəklərini aşırıb

Güclü külək Bərdədə elektrik dirəklərini aşırıb Şənbə günü axşam saatlarından başlayan güclü külək Bərdə rayonunun elektrik təsərrüfatına ziyan vurub. Küləyin gücündən bəzi yüksək gərginlikli elektrik xətlərində qırılma və açılma baş verib. Bu səbəbdən də Bərdənin bir hissəsi və rayonun bir kəndi elektriksiz qalıb. "Azərişıq" ASC-nin rayon şöbəsinin əməkdaşları ziyan dəymiş ərazilərdə təmir və bərpa işləri aparır.

tehsil-press.az

Oxşar xəbərlər