Gəncədə güclü külək: ağaclar, işıq dirəkləri aşıb

Gəncədə güclü külək: ağaclar, işıq dirəkləri aşıb Aprelin 21-dən 22-nə keçən gecə Gəncədə əsən güclü külək şəhərin müxtəlif hissələrində bir sıra fəsadlar törədib.

Tehsil-press.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, beşə qədər irigövdəli ağacı aşıran külək bir neçə bina və obyektin dam örtüyünü də yararsız hala salıb. 6 yerdə elektrik dirəkləri aşıb, şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb. Eləcə də Məhsəti qəsəbəsində quraşdırılan dayanacaq küləyin təsirindən aşıb.
Gəncə Fövqəladə hallar komissiyasının üzvləri şəhər təsərrüfatının nümayəndələri ilə birgə dəyən ziyanın fəsadlarının aradan qaldırılması və hesablanması istiqamətində tədbirləri davam etdirir.

tehsil-press.az

Oxşar xəbərlər