Aviaşirkətinin yük təyyarəsi qəzaya uğrayıb: 30 nəfər ölüb

Aviaşirkətinin yük təyyarəsi qəzaya uğrayıb: 30 nəfər ölüb Bişkekdə Turkish Airlines şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Tehsil-press.az-ın RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib.

X X X
08:08

Qırğızıstanın paytaxtı Bişkekdə Honkonqdan uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Tehsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində "Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.

X X X
07:24

Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsinin qəzayə uğraması nəticəsində ən azı 16 nəfər dünyasını deyişib. Bu barədə Tehsil-press.az Milliyet qəzetinə istinadən xəbər verir.

X X X
07:12

Bişkek yaxınlığında qəzaya uğrayan təyyarə Turkish Airlines şirkətinə məxsus idi.
Bildirilir ki, təyyarə saat 7:25 eniş etməli idi.

X X X
06:32

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarə qəzaya uğrayıb.
Bildirilir ki, Honkonqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.
Qəza pis hava şəraiti səbəbindən baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər