Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub

Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub Bu gün Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Doris Löythardın görüşü olub.
İsveçrə Prezidenti Doris Löythard Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğulayıb, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirib.
Doris Löythardın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Dövlət başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı ölkəmizdə görülən işlərdən danışıb. Prezident İlham Əliyev ölkəmizin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın mühüm nəqliyyat tranzit mərkəzinə çevrildiyini bildirib.
Görüşdə ölkələrimiz arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulanıb, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olubDavosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub

Oxşar xəbərlər