Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq Bu gün Azərbaycan ərazisində hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-70% təşkil edəcək.
Yanvarın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər