Trampın bu qərarı hər kəsi hiddətləndirdi...

Trampın bu qərarı hər kəsi hiddətləndirdi... On bir Nobel laureatı və minlərlə elmi cəmiyyətin nümayəndəsi ABŞ prezidenti Donald Trampa qarşı petisiyaya imza atıblar.

Tehsil-press.az xəbər verir ki, onlar Trampın ABŞ-a qaçqınların daxil olmasını qadağan edən qərarına etiraz edirlər. Petisiya müəllifləri prezidentin bu addımını diskriminasiya və ABŞ-ın milli maraqları üçün zərərli hesab edirlər.
Nobel mükafatının sahiblərindən olan, Harvard Universtetinin Professoru Oliver Hart ölkənin Trump ilə birlikdə bir acizlik dönəminə girdiyini deyib:
"İndi 10 qat daha çox dəhşət içindəyəm. Ən pisi də Tramp ilə birlikdə bacarıqsızlıq dövrünə giririk. Onun ətrafında yetkin insanlar yoxdur. Tramp hər şeyin ən yaxşısını özünün bildiyinə inanır. Onun cahilliyinin sərhəddi yoxdur. Bu da, dəhşət vericidir. İndiyə qədər ortaya çıxıb, bu insana təhlükəli olduğunu deyən heç kimə rast gəlməmişəm. Ona görə, belə bir petisiyaya imza atdım".

Tehsil-press.az

Oxşar xəbərlər