Xameneyi: Trampa cümə günü cavab verəcəyik

Xameneyi: Trampa cümə günü cavab verəcəyik İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib:
"Tramp "Məndən qorxmalısınız" deyir. Xeyir! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək".
Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir.

Təhsil-press.az

Oxşar xəbərlər