Suriyada ölən türk hərbçilərin sayı artıb: 5 ölü, 10 yaralı (YENİLƏNİB)

Suriyada ölən türk hərbçilərin sayı artıb: 5 ölü, 10 yaralı (YENİLƏNİB) Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində bu gün həlak olan türk hərbçilərin sayı artıb.

Təhsil-press.az-ın məlumatına görə, Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının üzvləri ilə atışma nəticəsində ölən türk hərbçilərin sayı 5-ə yüksəlib, 10-u xəsarət alıb.
Qeyd edək ki, ötən gün də Suriyada 5 Türkiyə hərbçisi həlak olmuşdu. Ümumiyyətlə, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 66 hərbçisini itirib.
X X X
13:13
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi ölüb.
Təhsil-press.az-ın məlumatına görə, bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.
Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib.

Təhsil-press.az

Oxşar xəbərlər